16 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 16 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Müraciətlər əsasən məcburi köçkünlərə verilən vahid aylıq müavinətin bərpa olunması, yeni ailə təsərrüfatının yaradılması, xəstəliklə bağlı pensiya alınmasına köməklik göstərilməsi barədə oldu.
Vətəndaşların müraciətləri dinlənildikdən sonra məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.