Şriftin ölçüsü :

Saytın rəngi :

16 sentyabr 2025-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirildi

16 sentyabr 2025 | 16:35

Vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi və onlarla mütəmadi ünsiyyətin qurulması məqsədilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu 16 sentyabr 2025-ci il tarixdə   keçirildi.

Nərimanov rayonu, A.Nemətulla küçəsi 45 saylı tam orta məktəbin akt zalında keçirilən görüşdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.

Rayon rəhbəri sakinlər tərəfindən səsləndirilən gündəlik həyat və məskunlaşma ilə bağlı müraciətləri diqqətlə dinlədi. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

Sonda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər