Şriftin ölçüsü :

Saytın rəngi :

16 may 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü keçirildi

16 may 2023 | 16:15

Vətəndaşların müraciətlərini dinləmək və mövcud problemlərini həll etmək  məqsədilə  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu may ayının 16-da Suraxanı rayonu, Əmircan qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.

Rayon rəhbəri Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Sonda vətəndaşlar davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər