Şriftin ölçüsü :

Saytın rəngi :

16 mart 2023-cü il tarixdə Qaradağ rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

16 mart 2023 | 16:25

Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti qəbulu 16 mart 2023-cü il tarixdə Qaradağ rayonu, Qobu park 3 yaşayış kompleksində məskunlaşan rayon sakinlər ilə keçirildi.  Zəngilan rayonu 21 nömrəli tam orta məktəbin akt zalında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.  

Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi. Bəzi məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər