Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramıdır Etimada layiq

23 iyun 2015 | 15:00

Müstəqil inkişaf yolunu seçmiş doğma ölkəmizdə dövlət qulluğu və dövlət qulluqçusu anlayışları dilimizə 2001-ci il sentyabr ayının 1-də qüvvəyə minən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə gəlmişdir.
     Bu Qanunda göstərildiyi kimi, hər bir dövlət qulluqçusunun ümdə vəzifəsi fərdin, cəmiyyətin və dövlətin maraqlarını milli maraqda birləşdirmək və bu istiqamətdə qüvvə, bilik və bacarığını sərf etməkdən ibarətdir.
      Belə bir xidmətə bariz nümunə Ümummilli lider Heydər Əliyevin heyrətamiz fədakarlıq, dözüm, iradə, bilik və zəhmətsevərlik tələb edən həyat və fəaliyyətidir.
    Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin dövlət qulluqçularından başlıca tələbi dövlət orqanlarında tutduqları vəzifələrin məsuliyyət və şərəfini dərindən dərk etmək, dövlət və xalq üçün vicdanla çalışmaqdır.
   İyun ayının 23-də Zəngilan Rayon İcra Hakimiyyətinin akt zalında Dövlət Qulluqçularının Peşə bayramı ilə əlaqədar keçirilən tədbiri ön sözlə açan RİH-nin başçısı R.Ş.Həsənov əlamətdar gün münasibətilə tədbirə toplaşan dövlət qulluqçularını təbrik etməklə yanaşı, yuxarıdakı vacib tələb və tövsiyyələri onların diqqətinə çatdırmışdır.
      Bu ilki peşə bayramının I Avropa Oyunları ilə eyni dövrə düşməsini unudulmaz, xoş təsadüf kimi dəyərləndirən rayon rəhbəri Avropa Oyunlarının milli ruhda təşkil olunan qeyri-adi  açılış mərasiminin bütün dünyada əks-səda doğurduğunu, belə bir genişmiqyaslı yarışa ev sahibliyi etməyin Azərbaycanın həyatında, inkişafında mühüm rol oynayacağını qeyd etmiş və əsaslandırmışdır. Bəzi dövlətlərin qısqanclığına baxmayaraq, Azərbaycanın doğru yolda olduğunu, cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmizi daha böyük uğurlar gözlədiyini inam hissilə vurğulamış və bir daha əlamətdar gün münasibətilə xoş arzu və təbriklərini dilə gətirmişdir.
     Sonra icra başçısı bildirmişdir ki, peşə bayramı günü ilə əlaqədar ölkə başçısı möhtərəm İlham Əliyev xüsusi sərəncam imzalamışdır. Həmin sərəncamla təltif olunan dövlət qulluqçuları sırasında rayonumuzun nümayəndəsi, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seyfəddin Paşayev də vardır.
Rayon rəhbəri qeyd etmişdir ki, bu təltif uzun illər dövlət qulluğunda səmərli fəaliyyət göstərən S.Paşayevlə yanaşı, rayonun bütün dövlət qulluqçularına göstərilən etimaddır. R.Həsənov bu etimada görə ölkə başçısına minnətdarlığını, xoş arzularını bildirmiş və «Tərəqqi» medalına layiq görülən S.Paşayevi təbrik etmişdir.
    Yüksək mükafata layiq görülən S.Paşayev, eləcə də rayon icra hakimiyyətinin məsul işçiləri N.Mönsümov, C.Həsənov, Ə.Hüseynov, M.Bağırova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri M.Nəsirov, Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə M.Rəhimov ölkəmizdə dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyev cənablarına minnətdar olduqlarını söyləmiş, əmin etmişlər ki, göstərilən qayğı və etimada layiq çalışacaqlar.

Keçidlər