Şriftin ölçüsü :

Saytın rəngi :

UŞAQLARA QAYĞI- GƏLƏCƏYİMİZƏ QAYĞIDIR

30 may 2015 | 15:00

1 iyun –Usaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə may ayının 30-da rayon  uşaq fondunda valideyin himayəsindən mərhum olan uşaqlarla görüş keçirilmiş, onlara rayon icra hakimiyyəti başçısının  təbriki çatdırılmış, bayram sovqatı təqdim edilmişdir.
  31 may 2015-ci il tarixdə isə rayon uşaq fondunun sədri D.Həsənova Bartaz  kənd inzibati ərazi dairəsi üzrə nimayəndə B.Bəşirovla birlikdə Sabirabad rayonu, Rüstəmli qəsəbəsində valideyn himayəsindən məhrum olan bir ailənin 5 usağı, eləcə də Şirvan və Hacıqabul rayonu ərazisində salınmış yeni qəsəbədə maddi cəhətdən  çətinlik çəkən  iki ailədə olmuş, onlara başçının salamlarını və bayram təbrikini çatdırmaqla üzləşdikləri problemləri dinləmiş, sonda isə ailələrə RİH-nin bayram sovqatını    təqdim etmişlər.
1 iyun 2015-ci il tarixdə Ailə, Qadın və Usaq Problemləri  üzrə Dövlət Komtəsinin xətti ilə kecirilən “İstedadlı uşaqlar festifalı-2015” tədbirində  rayonumuzu  idman sahəsində qazandığı uğurlara görə 33 nömrəli tam orta məktəbin III sinif şağirdi Xasay Məhərrəmov təmsil etmiş, komitə tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılmlşdır.

Keçidlər