Şriftin ölçüsü :

Saytın rəngi :

RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ

27 may 2015 | 15:00

Rayon icra hakimiyyəti 28 May-Respubika Günü münasibətilə geniş tədbir keçirmişdir.
May ayının 27-də idarə, müəssisə, təşkilat, inzibati orqan və ictimaiyyət nümayəndələrinin iştirakı ilə RİH-nin akt zalında təşkil olunan bayram tədbirini giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı R.Ş. Həsənov açmışdır.
Rayon rəhbəri müsəlman Şərqində ilk dünyəvi dövlət quruluşunu bərqərar etmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü-Respublika Günü münasibətilə iştirakçıları, onların şəxsində bütün rayon ictimaiyyətini təbrik etmişdir.
Bu mühüm hadisəni və sonrakı qısa tarixi dövrü təhlil edən natiq ADR-in mövcudluğunu cəmi 23 ay qoruya bilməsinin səbəbini onun dövlətçilik təməlinin möhkəm olmaması ilə əlaqələndirmiş, eyni zamanda bu dövrlə Azərbaycanın ikinci müstəqilliyə qovuşduğu XX əsrin 90-cı illəri arasında bir paralellik, oxşarlıq gördüyünü vurğulamışdır. Konkret faktlara əsaslanmaqla təhlil aparan rayon rəhbəri qeyd etmişdir ki, ikinci müstəqilliyimizin əbədi və dönməz olması xalqımızın müdrik oğlu, misilsiz dövlət xadimi Heydər Əliyevin Azərbaycanı ən çətin dönəm və sınaqlardan heyrətamiz bacarıqla keçirməsi sayəsində mümkün olmuşdur. Ümummilli liderin yüksək idarəçilik məharəti, uzaqgörənliyi nəticəsində ölkəmiz qısa zaman kəsiyində özünün dövlətçilik dayaqlarını  möhkəmləndirmiş, iqtisadiyyatının, siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmiş, götürülmüş düzgün kurs sayəsində regionun aparıcı dövlətinə, dünyada söz sahibi ölkələrdən birinə çevrilmişdir.
Bu gün Ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə Müstəqil Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyaraq öz iqtisadi qüdrətini və nüfuzunu durmadan artırır.
Rayon rəhbəri bu möhtəşəm quruculuq yolunda bütün ölkə əhalisinin, o cümlədən hər bir zəngilanlının ölkə başçısı ətrafında sıx birləşməsini qarşıda qazanılacaq daha mühüm qələbələrin rəhni  adlandırılmışdır.
Sonra rayonumuzdakı 23 nömrəli məktəbin tarix müəllimi Fuad Hüseynovun Respublika Günü ilə əlaqədar məruzəsi dinlənilmişdir.
YAP rayon təşkilatının sədr Əsəd Hüseynov, Bartaz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəhribar Bəşirov, rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov və rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov çıxış edərək əlamətdar yubileylə bağlı fikirlərini söyləmiş,  təbriklərini və xoş arzularını dilə gətirmişlər.

Keçidlər