Şriftin ölçüsü :

Saytın rəngi :

15 noyabr 2022-ci il tarixdə keçirilən səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi

15 noyabr 2022 | 17:27

Zəngilan RİH başçısı tərəfindən davamlı olaraq sakinlərlə səyyar görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görülür.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu 15 noyabr 2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədəniyyət evinin binasında keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, rayon üzrə idarə, müəssisə rəhbərləri, başçının İƏD üzrə nümayəndəlikləri iştirak etdilər.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də daima əhaliyə göstərilən diqqət və qayğıya görə sakinlər cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər