Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi.

12 iyun 2026 | 17:15

12 iyun 2026-cı ildə Zəngilan Rayon İcra Hakimiyyəti və YAP Zəngilan rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, partiya fəalları, rayon ziyalıları və rayon ağsaqqalları iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Zəngilan RİH-nin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.

Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov 15 iyun Milli Qurtuluş gününün Azərbaycanın eləcə də rayonumuzun ictimai-siyasi və mədəni həyatındakı yerini, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin qorunub saxlanılmasında, inkişafındakı rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsindəki töhfələrindən bəhs edərək ətraflı məlumat verdi. Daha sonra YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Qarabağ müharibəsi iştirakçılar və şəhid ailələri ictimai birliyinin sədri Ənvər Məmmədov mövzu ətrafında çıxış etdilər.

Sonda 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Xalqın taleyini dəyişən zəfər günü” adlı film nümayiş olundu.

Keçidlər