Şriftin ölçüsü :

Saytın rəngi :

15 fevral 2024-cü il tarixdə Binəqədi rayonu, 7-ci mikrorayonda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

15 fevral 2024 | 16:22

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 15 fevral 2024-cü il tarixdə Binəqədi rayonu, 7-ci mikrorayonda məskunlaşan zəngilanlı sakinlərlə keçirildi. 

Müraciətlər əsasən Zəngilan şəhərində evlərin hansı formada tikiləcəyi və bina evində yaşayanlara pay torpaqlarının necə bölünəcəyi, gələcəkdə rayon qeydiyyatında olmayan məktəb müəllimlərinin hansı formada yerləşdiriləcəyi, Zəngilan şəhərinə köçün nə zaman olacağı, Alıbəyli kənd qəbiristanlığının təmirinin hansı formada aparılacağı barədə oldu.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildi. Müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi.

Keçidlər