Şriftin ölçüsü :

Saytın rəngi :

15 avqust 2023-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

15 avqust 2023 | 17:11

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 15 avqust 2023-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar, digər sakinlər isə növbəlilik əsasında qəbul edildi.

Müraciətlər əsasən adlarına mənzil olduğu üçün özəlləşdirilmiş yaşayış sahəsi ilə bağlı vahid aylıq müavinətin dayandırılması, qeydiyyat məsələləri, Zəngilan rayonuna səfər etmək, mənzil məsələsi ilə bağlı köməklik göstərilməsi barədə oldu.

Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

Sonda rayon sakinləri onların problemlərinin öyrənilməsi və həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

Keçidlər