Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər hər zaman ürəklərdə yaşayacaq!..

07 may 2015 | 15:00

Zəngilan Rayon İcra Hakimiyyəti xalqımızın ümummilli lideri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə may ayının 7-də Masazır bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda geniş tədbir təşkil etmişdir.
      Rayonun idarə-müəssisə, inzibati orqan rəhbərlərinin, ərazi icra dairəsi nümayəndələrin, çoxsaylı ziyalı və ağsaqqalların iştirakı ilə keçirilən tədbir böyük sənətkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” uverturasının əzəmətli olduğu qədər də həzin səfaları ilə,  Respublikanın Əməkdar Artisti İlahə Səfərovanın və Cəlal Məmmədovun Ulu Öndərin şəninə söylədikləri dolğun, od-alovlu misralarla açıq elan olunmuşdur.
       Sonra xalqımızın qüdrətli oğluna həsr olunmuş “Ömrün anları” qısametrajlı sənədli film nümayiş etdirilmişdir.
     “Günəş doğur, elə bil, harda çəkilir adın...” misralarının leytmotiv kimi səsləndiyi tədbirdə aparıcıların qürurla dilə gətirdikləri bir-birindən təsirli deyimlər, müğənnilər Mirzə Tağıyevin, Günay və Nərgiz Mehdiyevaların, Respublikanın Əməkdar Artistləri Almaz Orucova, Babək Niftəliyev və Vəsilə İbrahimovanın, “Xalq Ulduzu” müsabiqəsinin qalibi Tural Salmanovun, Səlimə Məmmədovanın, “Qismət” vokal qrupunun ifa etdikləri mahnı və musiqi nömrələri Heydər Əliyev əzəmətinin, misilsizliyinin, Azərbaycan xalqının işıqlı gələcəyi üçün göstərdiyi əvəzsiz xidmətlərin tam dolğunluğu ilə əks olunduğu möhtəşəm  təntənəyə çevrilmişdir.
     İsmayıl Quliyevin rəhbərlik etdiyi rayon mədəniyyət evinin “Süsən”instrumental ansamblı rəngbərəng ifalarla yubiley tədbirinə xoş ovqat vermişdir.

Keçidlər