Şriftin ölçüsü :

Saytın rəngi :

Qalib döyüşçülərlə görüşlər

06 may 2015 | 15:00

İllər öz sözünü deyir. Alman faşizmi üzərində tarixi qələbəni təmin etmiş Böyük Vətən Müharibəsi iştirakçılarının sırası ilbəil seyrəlir. Üzücü olsa da fakt göz qabağındadır: böyük zəfərin 70-ci ildönümünü görmək rayonumuzdan yalnız 8 nəfər keçmiş döyüşçüyə nəsib olur!
     Ulu Öndərin, bu gün isə möhtərəm prezidentimiz İlham Əliyevin xidmətlərini yüksək dəyərləndirdiyi Böyük Vətən Müharibəsinin qalib əsgərlərinə ölkəmizdə davamlı olaraq böyük diqqət, hörmət, ehtiram göstərilir.
     Təbiidir ki, qalib döyüşçülərə münasibət rayonumuzda da yüksək səviyyədədir. 9 May Qələbənin 70 illiyi münasibətilə görülən hazırlıq işləri buna bariz nümunədir. Belə ki, rayon icra hakimiyyəti başçısı R.Ş.Həsənovun tapşırığı  ilə Böyük Vətən Müharibəsi veteranlarının yaşayış yerləri bir daha dəqiqləşdirilmiş, onları ziyarət edəcək məsul işçilər təlimatlandırılmış, BVM iştirakçılarına mərkəzi hakimiyyət orqanlarından verilən təltiflər və rayon icra hakimiyyətindən göstəriləcək maddi köməkliklər, eləcə də ayrı-ayrı veteranlarla görüş vaxtı müəyyənləşdirilmişdir.
     Tərtib edilmiş qrafik üzrə rayon icra hakimiyyətinin məsul işçiləri Seyfəddin Paşayev, Nizami Mönsümov, Xanım Rüstəmova, Ceyhun Həsənov, Ağamirzə Məmmədov may ayının 1-9 arasında Böyük Vətən Müharibəsi veteranları Ələkbər və Cəmil Vəliyevlərin, Soltan Quliyevin, Məhəmmədəli İsmayılovun, Hümbət Hümbətovun, Əfsər Əzimovun, Müseyib Aslanovun, Məmməd Cavadovun məskunlaşdıqları mənzillərə getmiş, qalib əsgərləri rayon rəhbərliyi adından salamlayaraq  can sağlığı arzulamış, layiq görüldükləri yubiley medalını və rayon icra hakimiyyətinin birdəfəlik maddi yardımını onlara təqdim etmişlər.
     Müharibə veteranları və onların doğmaları göstərilən bu qayğı və diqqətə görə rayon rəhbərliyinə, xüsusən RİH-nin başçısı R.Həsənova öz minnətdarlıqlarını bildirmişlər.
     Şəkildə: müharibə veteranı Cəmil Vəliyevlə görüş zamanı.

Keçidlər