Şriftin ölçüsü :

Saytın rəngi :

Səmimi, yaddaqalan görüş

17 aprel 2015 | 15:00

Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist, hüquq elmləri doktoru Çingiz Abdullayev aprel ayının 17-də Masazır bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivinin klubunda məskunlaşan zəngilanlılarla görüş keçirmişdir.
Zəngilan Rayon İcra Hakimiyyətinin tövsiyyəsi ilə rayon gənclər və idman idarəsinin təşkil etdiyi görüşdə əsasən məktəblilər, gənclər və eləcə də ziyalı təbəqənin nümayəndələri iştirak etmişlər.
193 adda kitabın müəllifi, əsərləri 27 min nüsxə ilə dünyada çap olunmuş “Şöhrət” ordenli yazıçının görüşü də qələm nümunələri kimi maraqlı, düşündürücü, yaddaqalan olmuşdur.
Üç saatdan artıq davam edən görüşdə Çingiz Abdullayev özü, yaradıcılığı, həyatının ictimai mahiyyət daşıyan məqam və hadisələri haqqında məlumat vermiş, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.
Özünəməxsus danışıq tərzinə, verilmiş suallara səmimi, şablon olmayan cavablarına görə dəfələrlə alqışlanan, gül dəstələri təqdim olunan yazıçıya sonda rayon icra hakimiyyəti başçısının müavini Nizami Mönsümov rayon rəhbərləri və bütün rayon ictimaiyyəti adından təşəkkür etmişdir.

Keçidlər