Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin arzusu ilə

01 aprel 2015 | 15:00

Xalqımızın  ümummilli lideri Heydər Əliyevin adını daşıyan mərkəzdə bir-birinə sədaqət andı içərək nikah müqaviləsi imzalayan gənclərimizin sayı sürətlə artmaqdadır.
Rayonumuzun yeni ailə quran gəncləri də böyük fərəh hissi ilə bu ənənəyə qoşulmuşlar. Məhz bununla əlaqədar rayonumuzun Çöpədərə kəndinin gənc sakini Quliyev Elmar Valeh oğlu Zəngilan Rayon Qeydiyyat Şöbəsinə gələrək ailə həyatı qurmaq arzusunda olduğu Həmidli Səidə Arif qızı ilə nikahını Heydər Əliyev Mərkəzində bağlamaq istədiyini bildirmişdir.
Arzusu nəzərə alınaraq, Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə  onların nikah mərasimi təşkil edilmişdir.
Sumqayıt şəhərindəki Heydər Əliyev mərkəzinə gələn Elmar Quliyev və Səidə Həmidli təbriklə qarşılanmışlar. Onlar isə öz növbələrində gətirdikləri tər gül dəstələrini Ulu Öndərin büstü önünə qoyaraq, ehtiramlarını göstərmişlər.
Mərkəzlə tanışlıqdan sonra ailə quran gənclər nikah masası arxasına dəvət edilmişlər. Zəngilan Rayon Qeydiyyat Şöbəsinin rəisi Roza Fərəcova onlara nikah qaydaları barədə ətraflı izahat vermiş, hər ikisini dinləmiş, toplaşanların alqış sədaları altında imzaladıqları nikah şəhadətnaməsini gənclərə təqdim etməklə onlara ailə səadəti arzulamışdır.
Gənclərin həyatının belə əlamətdar günündə Zəngilan RİH-nin məsul işçisi Xanım Rüstəmova rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun təbriklərini və hədiyyəsini onlara çatdırmış, Azərbaycan ailəsinin mənəvi-əxlaqi dəyərlərindən, xüsusən Heydər Əliyev Mərkəzində rəsmləşdirilən nikahın yüksək məsuliyyət və şərəfindən danışmış, gənclərə ən xoş arzularını bildirmişdir.

Keçidlər