MILLI QURTULUŞ GÜNÜ-AZƏRBAYCAN TƏQVIMININ QIZIL SƏHIFƏSI
Rayon İcra Hakimiyyət rayon Mədəniyyət və Turizm idarəsi ilə birlikdə 15 iyun- Milli Qurtuluş Gününə həsr edilmiş bayram tədbiri keçirmişlər. Nəsimi rayonunun H. Sarabski adına mədəniyyət evində təkil olunan tədbirdə rayon rəhbərliyi və geniş ictimaiyyət iştirak etmişdir.
Maraqlı ssenari əsasında qurulan bayram tədbirinin gedişində əbədiyaşar şəxsiyyət Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə ikinci qayıdışının dəyəri tam dolğunluğu ilə, tarixi faktlarla, ulu öndərə məhəbbəti ifadə edən parlaq misralarla, vətənpərvərlik ruhlu musiqi nömrələri, mahnılarla açıqlanmışdır. Tədbirdə aparıcılar ümummilli lider heydər əliyevin Böyük Qayıdışının ayrı-ayrı dönəmləri ilə bağlı bildirmişlər ki, Heydər Əliyevin xalqına göstərdiyi ən böyük xidmətlərdən biri də özündən sonra müstəqil Azərbaycana, onun dövlətçilik sükanını möhkəm saxlamağa qadir olan övlad Möhtərəm pezidentimiz İlham Əliyev kimi müdrik, qətiyyətli siyasi xadimi yetişdirməsidir. Tədbirdə respublikanın tanınmış incəsənət xadimləri öz maraqlı ifaları ilə iştirakçılara xoş əhval-ruhiyyə bəxş etdilər. Sonda rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov səhnə arxasında incəsənət ustaları iləgörüşmüş, bayram tədbirinin dolğun və maraqlı təşkilinə görə onlara öz minnətdarlığını bildirmişdir.