14 noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Vətəndaşların müraciətlərini dinləmək və mövcud problemlərini həll etmək məqsədilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 14 noyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Müraciətlər əsasən Zəngilan rayonunun Zəngilan şəhərinə köçürüləcək əhalinin siyahısına adlarının əlavə olunması, sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, Zəngilan rayonuna daimi pasport qeydiyyatına alınması, rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərinin gedişatı ilə bağlı məlumat verilməsi barədə oldu. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verildi.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.