14 mart 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü keçirildi
Vətəndaşların müraciətlərini dinləmək və mövcud problemlərini həll etmək məqsədilə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu mart ayının 14-də Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Günəşli sanatoriyasının inzibati binasında məskunlaşan məcburi köçkünlərlə keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.
Rayon rəhbəri Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində yerində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Sonda vətəndaşlar davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.