“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi.
14 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi.
Tədbirdə Zəngilan rayon İcra Hakimiyyətinin aparatı, YAP Zəngilan rayon təşkilatı, idarə-müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb direktorları və rayon ağsaqqalları iştirak etdi.
Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Rayon İcra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi.
Daha sonra Zəngilan Rayon İcra hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi Şəhla İmanzadə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətindən danışdı.
Mövzu ətrafında çıxışlardan sonra Ulu Öndərin həyat yolundan və siyasi fəaliyyətindən bəhs edən “Dahi Şəxsiyyət” adlı film nümayiş olundu.