Şriftin ölçüsü :

Saytın rəngi :

“14 iyul 1969-cu il, Müstəqil və Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi.

12 iyul 2024 | 17:30

12 iyul 2024-cü il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin akt zalında  “14 iyul  1969-cu il, Müstəqil və Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir  keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, idarə-müəssisə rəhbərləri, məktəb direktorları iştirak etdi.

Tədbir Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Zəngilan Rayon İcra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi.

Daha sonra tədbir mövzu ətrafında çıxışlar ilə davam etdirildi.  

Keçidlər