Şriftin ölçüsü :

Saytın rəngi :

14 fevral 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirildi

14 fevral 2023 | 16:47

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu  Bakı şəhəri, Nərimanov rayonunda məskunlaşan rayon sakinlərilə keçirildi. Zəngilan rayon 8 nömrəli tam orta məktəbin binasında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.  

Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi. Bəzi məsələlərin həlli istiqamətində aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

 

Keçidlər