Şriftin ölçüsü :

Saytın rəngi :

YAP rayon təşkilatı gənclər birliyinin konfransı keçirildi

05 mart 2015 | 16:00

Mart ayının 5-də YAP Zəngilan Rayon Təşkilatı Gənclər Birliyinin IV hesabat–seçki konfransı keçirildi. Konfransda birliyin sədri  Şənlik  Əliyev hesabat dövründə gənclər birliyinin gördüyü işlər barədə məruzəsi ilə çıxış etdi.
Quluzadə Natiq Qurban oğlu, Rəhimova Göyçək İdris  qızı, Məmmədov Şamxal Ağamirzə oğlu, Osmanova Almaz İdris qızı konfransda çıxış edərək hesabatın qənaətbəxş  qiymətləndirilməsini təklif etdilər. Onlar bundan sonra da partiyanın rəhbər orqanlarının tapşırıq və qərarlarını rayonda uğurla yerinə yetirəcəklərinə söz verdilər. Rayonda gənclər arasında ideya–siyasi işin gücləndirilməsini həmişə diqqət mərkəzində saxlanacağını bildirdilər.
Gündəlikdə duran ilk məsələ barədə müvafiq qərar qəbul edildi.
Konfrans təşkilati məsələyə baxdı. Əliyev Şənlik Əvəz oğlu yekdilliklə GB-nin sədri seçildi. Eləcə də 9 nəfərdən ibarət GB-nin şura üzvləri və 7 nəfərdən ibarət idarə heyyəti seçildi.
Əliyev Şənlik Əvəz oğlu və Rəhimova Göyçək İdris qızı respublika GB-nin IV konfransına nümayəndə seçildilər.
Sonda iştirakçılar Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gedərək oradakı ekspanatlarla tanış oldular.

Keçidlər