Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə və ABŞ-ın səfirləri köçkün şəhərciyinə gəlmişlər

03 mart 2015 | 16:00

3 mart 2015-ci il tarixdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmayil Alper Coşkun, bir gün sonra isə Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyinat almış səfiri  Robert Sekuta Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinə səfərə gəlmişlər.
Səfər zamanı onlar ərazidə yerləşən Zəngilan Rayon 33 №-li Tam Orta Məktəbində, rayon tarixdiyarşünaslıq muzeyində “Şəfəq”uşaq bağçası – körpələr evində və məcburi köçkün ailələrindən birinin mənzilində olmuşlar.
Sonra nümayəndə heyətləri yaşayış massivində yerləşən Zəngilan Rayon İcra Hakimiyyətində qəbul edilmiş, qonaqlarla RİH-nin başçısı Ramiz Həsənov arasında köçkünlüyün yaratdığı problemlər, onun aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan genişmiqyaslı iş və tədbirlər barəsində fikir mübadiləsi aparılmışdır.
Nümayəndə heyyətini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov müşayət etmişdir.

Keçidlər