Dövlət qulluqçularının yubileyi
Uzun illər dövlət qulluğunda qüsursuz çalışmaq yüksək intizam, özünə davamlı nəzarət, bilik, bacarıq, zəhmətsevərlik tələb edir...
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı R.Ş.Həsənov icra aparatının məsul işçiləri Şəmsi Ağayev və Ələddin Məmmədovun yubileyləri münasibətilə təşkil olunan tədbirə bu sözlə başlamış, vurğulamışdır ki, bu gün müvafiq olaraq 60 və 55 illik yubileylərinə toplaşdığımız Ş.Ağayev və Ə. Məmmədov məhz öncə qeyd etdiyim tələblərə cavab verən kadrlardır.
Rayon rəhbəri icra hakimiyyətinin hər iki məsul işçisini doğum günləri münasibətilə ürəkdən təbrik etmiş, onlara uzun ömür, can sağlığı, ailə səadəti arzulamış, əmin olduğunu bildirmişdir ki, onlar bundan sonra da həyat mövqeləri və əmək fəaliyyətləri ilə Vətənə gərəkli olacaqlar.
Sonra R.Həsənov Şəmsi Ağayevə və Ələddin Məmmədova gül dəstələri, yubiley tortu və qiymətli hədiyyələr təqdim etmişdir.
İcra aparatının məsul işçiləri Seyfəddin Paşayev, Xanım Rüstəmova, Maya Bağırova, Dilşad Həsənova, Ceyhun Həsənov və başqaları yubiley tədbirində çıxış edərək Şəmsi Ağayevə və Ələddin Məmmədova əlamətdar ildönümü münasibətilə xoş arzularını çatdırmışlar.
Yubilyarlar çıxış edərək kollektivdə ad günlərinin keçirilməsinin rəhbərliyin qayğı və diqqətinin göstəricisi olduğunu qeyd etmiş və icra başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda yubiley tədbirinin iştirakçıları xatirə şəkli çəkdirmişlər.