Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıllara diqqət və qayğı

11 fevral 2015 | 16:00

Cəmiyyətimizin digər həssas təbəqələrinin nümayəndələri kimi, həyatını ölkəmizin inkişafı üçün sərf edən ahıl insanlar, zəhmət adamları da daim Zəngilan Rayon İcra Hakimiyyətinin diqqəti mərkəzindədir.
Təkcə son bir neçə il ərzində onlara göstərilən qayğı və diqqətin bariz nümunəsi olan bir-birindən məzmunlu çoxsaylı tədbirlər, yubileylər, görüşlər təşkil edilmişdir.
Fevral ayının 11-də rayon icra hakimiyyəti başçısı R.Ş.Həsənovun tapşırığı və iştirakı ilə bu qəbildən daha iki tədbir təşkil olunmuşdur.
Həmin gün RİH-nin başçısı R.Ş.Həsənov uzun müddət rayon maliyyə şöbəsində büdcə rəisi işləmiş, hazırda təqaüddə olan əmək veteranı Bəylər Təhməz oğlu Həsənovun evinə gedərək 90 yaşının tamam olması münasibətilə onu təbrik etmiş, yubilyarın keçdiyi mənalı həyat yolu, əmək fəaliyyəti haqqında danışmış, çoxillik  xidmətlərinə görə ona təşəkkürünü bildirmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Nizami Mönsümov, rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov, mədəniyyət və turizm şöbəsinin müdiri Mehman Nəsirov, rayon maliyyə şöbəsinin rəisi Fuad Bəşirov, maliyyə şöbəsində büdcə rəisi Validə Ağayeva və Zəngilan Şəhər İcra Nümayəndəsi Murad Rəhimov iştirak etmişlər.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı R.Ş.Həsənov yubilyara xoş arzularını bildirmiş, ona gül dəstəsi və qiymətli hədiyyə təqdim etmişdir.
Bununla yanaşı rayon icra hakimiyyəti başçısının müavini S.T.Paşayevin iştirakı ilə daha bir əmək veteranı, şəhid atası Talıb Həsənqulu oğlu Hüseynovun 85 illik yubileyi qeyd olunmuşdur.
Yubilyarı rayon icra hakimiyyətinin başçısının müavini S.Paşayev təbrik etmiş, onun əmək fəaliyyəti, göstərdiyi xidmətlər haqqında məlumat vermişdir.
Tədbirdə rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov, mədəniyyət və turizm şöbədinin müdiri Mehman Nəsirov və Alıbəyli kənd icra nümayəndəsi Minafiq İsrafilov iştirak etmişlər.
Tədbirin sonunda rayon icra hakimiyyəti başçısının müavini S.Paşayev yubilyarı bir daha təbrik edərək, ona rayon icra hakimiyyəti başçısının səmimi arzularını çatdırmış, gül dəstəsi və qiymətli hədiyyə vermişdir.

Keçidlər