Şriftin ölçüsü :

Saytın rəngi :

MƏCBURI KÖÇKÜN UŞAQLAR DA DÖVLƏTIMIZIN QAYĞISI ILƏ TAM ƏHATƏ OLUNMUŞDUR

01 iyun 2011 | 15:00

Hər il Azərbaycanda 1 iyun Uşaqların Beynalxalq Müdafiəsi günütəntənə ilə qeyd olunur. Uşaqların müdafiəsiilə bağlı tədbirlət həyata keçirilirvə onların sosial müdafəsi gücləndirilir. Zəngilan rayon İcra Hakimiyyətinin başçısı cənab R. Həsənovun təşəbbüsü ilə Zəngilan rayon Gənclər və İdman idarəsi və rayon Uşaq Fondu hər iki valideyinini itirmiş uşaqların iştirakı ilə geniş tədbir kecirdi. Tədbirdə çıxış edən R. Həsənov qeyd etmişdir ki,görülən bütün işlər gələcəyimizin təminatçısı olan uşaqların fiziki və zehni cəhətdən sağlam böyüməsinə, vətənə layiq övlad kimi yetişməsinə hesablanmış prioritet məsələlrdəndir. Bütün bunlar bir daha sübut edir ki, hər bir azərbaycan vətəndaşı, o cümlədən hər bir azərbaycanlı uşaqdövlətimizin tam qayğısı ilə əhatə olunmuşdur. YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfii, Millət vəkili, Azərbaycanın birinci xanımı mehriban xanım Əliyeva tərəfindən bu prosesə hərtərəfli dəstək və yardım edilir. Sonra millət vəkili İmamverdi İsmayılov çıxış edərək bildirmişdir ki, bu gün hərtərəfli diqqət və qayğı ilə əhatə olunan uşaqlar sabahın savadlı kadrı, idmanşısı və ən əsası gələcəyin ata və analarıdır.
Tədbirin sonunda rayon İcra hakimiyyəti başçısının adından uşaqlara maddi yardım və bayram sovqatı təqdim olundu.
 

Keçidlər