Şriftin ölçüsü :

Saytın rəngi :

13 noyabr 2025-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun Binəqədi rayonunda məskunlaşan zəngilanlı sakinlərlə səyyar qəbulu keçirildi.

13 noyabr 2025 | 16:06

Təsdiq edilmiş qrafikə əsasən rayon rəhbəri cənab Ramiz Həsənovun zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu 13 noyabr 2025-ci il tarixdə,  icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 115 nömrəli məktəbin akt zalında keçirildi.  

Rayon İcra Hakimiyyəti başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda olan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Rayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına və rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər.

Daha sonra sakinlərin müraciətləri dinlənildi. Müraciətlər əsasən qayıdışla bağlı oldu. Rayona köçürülmənin müddəti, qaydaları  və şərtləri, rayonda məşğulluq haqqında ətraflı məlumat almaq istəyən sakinlər rayon rəhbəri tərəfindən  məlumatlandırıldı. Bundan əlavə bəzi sosial problemlər haqqında edilən müraciətlərin  bir çoxu  yerində həll olundu, aradan qaldırılması vaxt  tələb edən məsələlərlə əlaqədar rayonun aidiyyəti idarələrinə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən tapşırıqlar verildi.

 
Keçidlər