Şriftin ölçüsü :

Saytın rəngi :

13 iyun 2023-cü il tarixdə Sabunçu rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

13 iyun 2023 | 16:24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılaraq, həll olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Zəngilan Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. Səyyar qəbul qrafikinə əsasən RİH başçısının növbəti səyyar görüşü 13 iyun 2023-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi.
İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov ölkəmizdə aparılan uğurlu siyasətdən danışaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrası nəticəsində elə bir sahə olmayıb ki, orada islahatlar aparılmasın və inkişaf olmasın.

Keçidlər