13 fevral 2024-cü il tarixdə növbəti səyyar görüş keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 13 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi.
Müraciətlər əsasən məcburi köçkün vəsiqəsi almaq üçün köməklik olunma, Zəngilan rayonunun Mincivan qəsəbəsinə köçənə qədər boş olan mənzillərdən birinə yerləşdirilmə, Zəngilan rayonunda işlə təmin olunma, Zəngilan şəhərində Qarabağ müharibəsi veteranının adına guşə yaradılması barədə oldu.
Vətəndaşların müraciətləri dinlənildikdən sonra məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.