Şriftin ölçüsü :

Saytın rəngi :

İşgüzar müzakirə

26 dekabr 2014 | 16:00

Dekabr ayının 26-da Zəngilan Rayon İcra Hakimiyyətində geniş şura iclası keçirilmişdir.

İclası giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı R.Ş. Həsənov açmışdır.

Ətraflı təhlil və fikir mübadiləsi şəraitində keçən Şura iclasında “2013-cü ilin yekunlarına həsr olunmuş hesabat  yığıncaqlarında vətəndaşlar tərəfindən irəli sürülmüş təkliflərin, deyilmiş tənqidi qeydlərin icrası ilə əlaqədar ərazi idarəetmə orqanları ilə iş şöbəsinin məlumatının dinlənməsi barədə”, “Rayon icra hakimiyyəti və şöbələrinin rüblük, illik, iş və tədbirlər planının şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilməsi ilə əlaqədar tərtib olunmuş qrafikin təsdiqi barədə”, “Azyaşlıların hüquqlarının və qanuni mənafelərinin müdafiəsində, qanuna zidd əməllərin qarşısının qabaqcadan alınmasında, yetkinlik yaşına çatmayanların işləri üzrə komisiyyanın məsul katibliyi, polis söbəsinin yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupu və təhsil şöbəsi, uşaqların mühafizəsi müfəttişliyin birgə fəaliyyətinin nəticələri haqqında”, “Rayonun 5, 6, 9, 11, 15, 18, 20, 22, 28, 35 saylı tam orta məktəblərində dərsə davamiyyətin vəziyyəti və intizamın möhkəmləndirilməsi barədə” məsələlər müzakirə olunmuşdur.

Gündəlikdə duran şura məsələləri ilə əlaqədar RİH-nin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırovanın, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçisi Mətanət Həsənovanın, RİH-nin başçısının müavini Nizami Mönsümovun məlumatları dinlənilmişdir.

Məruzə ətrafında RİH-i başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seyfəddin Paşayev, RİH-nin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi  Əsəd Hüseynov, rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov, rayon polis şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun rəhbəri Samir Məmmədov çıxış etmişlər.

Tədbirə rayon icra hakimiyyətinin başçısı R.Ş.Həsənov yekun vuraraq ötən ilin göstəricilərinə münasibətini bildirmiş, əldə olunmuş uğurları artırmaq istiqamətində həllini gözləyən vəzifələrdən danışmışdır.

Rayon rəhbəri iclasın sonunda 60 illlik yubileyləri münasibətilə Zəngilan kənd və İskəndərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr Hidayət Həsənova və Aslan Cavadova , eləcə də rayon su təsərrüfatı idarəsinin rəisi Halay Həsənova xoş arzularını bildirməklə onlara RİH-nin fəxri fərmanlarını təqdim etmişdir.

Keçidlər