Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin əziz xatirəsi anılmışdır

11 dekabr 2014 | 16:00

Ulu Öndər lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyəti anım mərasimi keçirmişdir.

Rayon icra hakimiyyətinin iclas zalında keçirilən mərasimi ön sözlə ilə açan RİH-nin başçısı Ramiz Həsənovun təklifi ilə xalqımızın böyük oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra rayon rəhbəri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli həyat, mübarizə yolu,həm sovet, həm də sonrakı tarixi dönəmlərdə doğma Vətəni, xalqı üçün gördüyü məqsədyönlü işlər, göstərdiyi fədakarlıqlar haqqında geniş nitq söyləmiş, vurğulamışdır ki, Azərbaycan dövləti var olduqca Heydər Əliyevin adı və əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq, onun ideyaları daha gözəl gələcəyə aparan yollarımızı daim işıqlandıracaqdır.
Rayon icra hakimiyyətinin başçısı R.Həsənov Ümummilli liderin başladığı möhtəşəm quruculuq işlərinin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini və bu müvəffəqiyyətli tərəqqi sayəsində dövlətimizi və xalqımızı qarşıda daha böyük uğurlar gözlədiyini bildirmişdir.
Tədbirdə YAP Zəngilan Rayon Təşkilatının sədri Əsəd Hüseynov, ƏSMM-nin direktoru Həsən Ələkbərov, YAP Zəngilan Rayon Təşkilatı Gənclər Birliyinin sədri Şənlik Əliyev  çıxış etmişlər.
Sonda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət yolu” adlı sənədli film nümayiş etdirilmişdir.

Keçidlər