Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon üzrə “Ümumrespublika yaşıllaşdırma“ marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilir

14 noyabr 2014 | 16:00

Payız ağac əkini üçün ən əlverişli mövsüm hesab olunur. Bunu lazımınca dəyərləndirən “İDEA” ictimai birliyinin təşəbbüsünə Zəngilan Rayon İcra Hakimiyyəti və bütün zəngilanlılar qoşulmuşlar.
Xatırladaq ki, “Ümumrespublika Yaşıllaşdırma marafonu” 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev fondunun vitse-Prezidenti, “İDEA” ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmışdır.
Marafonon əsas məqsədi yaşıllıq sahəsinin azalmasının yarada biləcəyi təhlükənin qarşısını almaq və ağac əkməsini təşviq edərək , ətraf mühitin mühafizəsinə töhvə verməkdən ibarətdir.
Zəngilan rayonu üzrə ağacəkmə aksiyası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyindəki “Şəfəq” uşaq bağçası-körpələr evinin, mədəniyyət və turizm şöbəsinin, tibb məntəqəsinin ətrafında, həmçinin rayonun 5, 11, 14, 33 nömrəli məktəblərinin həyətlərində 800-ə yaxın ağac əkilmişdir.
Ağacəkmə marafonu davam etdirilir.

Keçidlər