Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” ilə əlaqədar rayon tədbiri

13 noyabr 2014 | 16:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili hər il olduğu kimi, bu il də BMT-nin Uşaq Hüquqları Konvensiyasını qəbul etməsinin ildönümü ərəfəsində - oktyabr ayının 20-dən noyabr ayının 20- dək olan dövrü respublikamızda “Uşaq hüquqları aylığı “elan etmişdir.
Noyabr ayının 13- də aylıq çərçivəsində rayonumuzda da tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin rəhbərliyi və təşkilatçılığı ilə Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda keçirilən tədbiri giriş sözü ilə RİH başçısının müavini Nizami Mönsümov açmış , bu toplantını zəruri edən səbəblər, ölkəmizdə uşaq hüquqlarının qorunması , uşaq və yeniyetmələrə hüquqi billiklərin aşılanması sahəsində aparılan genişmiqyaslı tədbirlər, bu istiqamətdə rayonumuzda həyata keçirilən məqsədyönlü işlər haqqında danışmışdır.
Sonra Zəngilan Rayon İcra Hakimiyyyəti aparatında  yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi psixoloqu Mətanət Həsənovanın və rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanların işinin təşkili qrupunun baş inspektoru, polis mayoru Samir Məmmədovun rayonumuzda uşaq və yeniyetmələrin hüquqlarının qorunması sahəsində aparılan işlərin vəziyyəti barədə məruzələri dinlənilmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə, Zəngilan rayon 28 nömrəli tam orta məktəbin psixoloqu Xəyalə Allahverdiyeva , rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov , YAP rayon təşkilatının sədri Əsəd Hüseynov məruzə ətrafında çıxış etmişlər.
Tədbirə rayon icra hakimiyyəti başçısının müavini N.Mönsümov yekun vurmuşdur

Keçidlər