Şriftin ölçüsü :

Saytın rəngi :

Avropalı rəsmilər məcburi köçkün şəhərciyində

05 noyabr 2014 | 16:00

Ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa Məsələləri üzrə naziri David Lidinqtonun və həmin krallığın respublikamızdakı səfiri İrfan Siddiq 05 noyabr 2014-cü il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinə gəlmişlər.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavinləri Seyfəddin Paşayev və Nizami Mönsümovun iştirakı ilə onlar ərazidə yerləşən 33 nömrəli tam orta məktəbdə, “Şəfəq” uşaq bağçası-körpələr evində və məcburi köçkün Ərşad Piriyevin ailəsinin məskunlaşdığı mənzildə olmuşlar. Maraqlandıqları məsələlərlə əlaqədar fikir mübadiləsi aparmışlar.
Nümayəndə heyətini  Azərbaycan Respublikası Məcburi  Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov müşayiət etmişdir.

Keçidlər