12 sentyabr 2023-cü il tarixdə növbəti səyyar görüş keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 12 sentyabr 2023-cü il tarixdə Nəsimi rayonunda məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar, digər sakinlər isə növbəlilik əsasında qəbul edildi.
Müraciətlər əsasən Zəngilan rayonunda işlə təmin olunma, mənzil məsələsi barədə oldu.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.