Şriftin ölçüsü :

Saytın rəngi :

12 mart 2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

12 mart 2024 | 16:59

Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 12 mart 2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. 

Qəbulda müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izah verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

Keçidlər