Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr 2025 | 14:27

Hər il dekabr ayının 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günü böyük ehtiramla yad edilir. 

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, Hüquq-Mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə  Ümummilli lider Heydər Əliyevin anım mərasimi təşkil olundu. Anım günündə Zəngilan Rayon İcra hakimiyyətinin inzibati binasının foyesində dahi şəxsiyyətin büstünün önünə gül dəstələri düzülərək, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.

Keçidlər