12 dekabr 2023-cü il tarixdə Nizami rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 12 dekabr 2023-cü il tarixdə Nizami rayonunda məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, köç prosesi zamanı Zəngilan şəhər və Məmmədbəyli kəndinə ilk köç siyahısına əlavə olunma, Zəngilan rayonunda gedən işlərin gedişatı ilə bağlı məlumat verilməsi barədə oldu. Vətəndaşların müraciətləri dinlənildi. Həlli müəyyən zaman tələb edən məsələlər nəzarətə götürüldü. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.