Şriftin ölçüsü :

Saytın rəngi :

Bayrağa ehtiram, Vətənə sevgi...

07 noyabr 2014 | 16:00

Rayon icra hakimiyyəti noyabr ayının 7-də Masazır bələdiyyəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda Dövlət Bayrağı günü ilə əlaqədar tədbir keçirmişdir.
Əzəmətli Azərbaycan himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Nizami Mönsümov dövlət suverenliyimizin rəmzi olan milli bayrağımızın yaranma, rəsmi qəbuledilmə  tarixlərindən, bayrağımızdakı rənglərin ifadə etdiyi istiqlal ideologiyamızın təməl prinsiplərindən danışmış, 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağının 2010-cu il may ayının 29-da Ginnesin Dünya Rekordları Təşklatı tərəfindən dünyanın ən hündür bayraq dirəyi elan olunması kimi qürur doğuran faktları diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il əziz bayram kimi qeyd olunan 9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını rayon rəhbərliyi və öz adından təbrik edən N.Mönsümov hər bir rayon sakinini dövlətimizin, bayrağımızın şərəfini uca tutmağa çağırmışdır.
Həmyerlimiz, əməkdar müəllim Tofiq Nəsirov da çıxış edərək milli bayrağımızın əsas əlamətlərini səciyyələndirmiş, bunu gənclərə daha dərindən aşılamağın vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsi olduğunu vurğulamışdır.
Tədbirin bədii hissəsində müğənnilər Tural Salmanov, Nərgiz Mehdiyeva, Səlimə Məmmədova, rayonun musiqi məktəblərinin şagirdlərindən Günay Qasımova, Nicat Qurbanov, Əbdüləli Həsənov, Aslan Məmmədov, Bakı Humanitar Kollecinin tələbəsi Aygün Əsədova, Zəngilan rayon 33 nömrəli məktəbin şagirdləri Yaqub Hüseynova və Zeynəb Allahverdiyeva vətənpərvərlik ruhlu mahnı, musiqi nömrələri, şeirlər ifa etmişlər.
Niyazi Nəcəfovun aparıcısı olduğu bayram tədbirinin bədii hissəsi rayon mədəniyyət evinin «Süsən» instrumental ansamblının müşayiəti ilə keçmişdir.

Keçidlər