Şriftin ölçüsü :

Saytın rəngi :

DÖVLƏT MÜSTƏQİLLİYİMİZ-MİLLİ QÜRURUMUZDUR

18 oktyabr 2014 | 15:00

    Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqı daim azadlıq, müstəqillik uğrunda mübarizə aparmışdır. Yadellilərə mətanətlə sinə gərən Babək, qılınc və qələmin simvolik daşıyıcısı olan Xətai kimi qəhrəman oğullar vahid, bütöv, milli birliyi, azadlığı təcəssüm etdirən Azərbaycan naminə döyüşmüşlər. Bu mütərəqqi ideyaların davamçıları 1918-ci ildə Şərqdə ilk dəfə olaraq müstəqil Azərbaycan Demokratik Cümhuriyyətini bərqərar etdilər. Lakin imperialist dairələrin təcavüzü nəticəsində bu dövlət süquta uğradı. Azərbaycan 70 il müddətində sovet imperiyasının tərkibində yaşamağa məcbur edilsə də, xalqımız XX əsrin sonlarında qətiyyətlə istiqlaliyyət mübarizəsinə qalxdı və ikinci dəfə dövlət müstəqilliyinə  qovuşdu...
     Milli Müstəqillik Günü ilə əlaqədar oktyabr ayının 17-də 4 nömrəli Zəngilan tam orta məktəbində keçirilən rayon tədbirində rayon icra hakimiyyəti başçısının müavini Nizami Mönsümov nitqinə bu qürur doğuran sözlərlə başlayaraq xüsusən doğma Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinə qovuşmasından ötən mürəkkəb tarixi dövrün ətraflı təhlilini verdi.
     1991-ci il oktyabr ayının 18-də müstəqillik aktı imzalandıqdan sonra daxildən və xaricdən dövlətçiliyimizin məhvinə yönələn ciddi təhlükələrin dəf edilməsində, təcəvüzkar Ermənistanla atəşkəsə nail olunmasında, ölkədə xaosun, özbaşınalığın aradan qaldırılmasında, iqtisadiyyatın yeni təməllər üzərində qurulmasında, Azərbaycanın beynəlxalq aləmdə tanınıb nüfuzunun artırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini, müstəqil Azərbaycanın bu gün dünyanın ən sabit, inkişaf etmiş dövlətlərindən birinə çevrilməsində ümummilli liderin layiqli davamçısı İlham Əliyev cənablarının ölkəyə müdrik rəhbərliyinin qanunauyğun nəticəsi olduğunu iftixar hissilə tədbir iştirakçılarının diqqətinə çatdırdı.
    Qeyd etdi ki, möhtərəm prezidentimiz İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sahəsində yaxın gələcəkdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, məcburi köçkünlərimiz doğma yurd yerlərinə dönəcək, xalqımız ən xoşbəxt, gözəl günlərini yaşayacaqdır.
   Tədbirdə 4 nömrəli tam orta məktəbin tarix müəllimi Musa Quliyev çıxış edərək Azərbaycanı müstəqilliyə aparan mürəkkəb dövrün ən əhəmiyyətli hadisələrini xatırlatdı.
   Sonra tədbirin ədəbi-bədii hissi başlandı. Dördüncü muğam müsabiqəsinin iştirakçısı Səlimə Məmmədovanın, «Xalq Ulduzu» müsabiqəsinin qalibi Tural Salmanovun, Muğam Teatırının solisti Aygün Rəhimlinin, 4 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Murad Əhmədovun, Bartaz kənd uşaq musiqi məktəbinin nağaraçılar qrupunun ifaları, 36 nömrəli Zəngilan tam orta məktəbinin şagirdi Nübar Adışovanın və 4 nömrəli məktəbin şagirdlərinin söylədikləri poeziya nümunələri xoş ovqatla  dinlənilərək sürəklə  alqışlandı.
    Qiraət bacarıqları ilə seçilən aparıcılar Niyazi Nəcəfov və 4 nömrəli tam orta məktəbin müəllimi Südabə Əhmədova tədbirin müstəqillik günümüzə layiq keçməsi üçün səylərini əsirgəmədilər.

Keçidlər