Şriftin ölçüsü :

Saytın rəngi :

MÜƏLLİMLƏR GÜNÜ QEYD OLUNDU

03 oktyabr 2014 | 15:00

    Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabr ayının 3-də rəsmi və ədəbi bədii hissəli rayon tədbiri keçirilmişdir.
    Bayram ovqatlı tədbirin başlanğıcında rayon icra hakimiyyəti başçısının müavini Xanım Rüstəmova çıxış  edərək, yığıncaq iştirakçılarına RİH-ti başçısı cənab Ramiz Həsənovun səmimi təbriklərini çatdırmış, eləcə də onların şəxsində rayonun müəllimlərini və bütün təhsil işçilərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir. Ölkədə təhsilə göstərilən yüksək dövlət qayğısından danışan X.Rüstəmova bununla bağlı çoxsaylı faktları diqqətə çatdırmışdır. Göstərilən qayğının bariz nümunəsi kimi, son illər Zəngilan rayonu üzrə fəaliyyətdə olan məktəblərdə şərait və təlim-tərbiyə imkanlarının köklü sürətdə yaxşılaşdığını, rayonun pedaqoji kollektivlərinin bu qayğıya əməli işlə cavab verdiklərini, eyni zamanda müəllimlərin əməyinin də dövlət tərəfindən vaxtaşırı yüksək qiymətləndirildiyini qeyd etmişdir.
    Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə rayonumuzdakı 23 nömrəli tam orta məktəbin direktoru Ramiz Hüseyn oğlu Qulamovu «Əməkdar Müəllim» fəxri adına layiq göstərilməsi münasibəti ilə təbrik edən başçının müavini, bu təltifi rayonun bütün təhsil işçilərinin əməyinə ölkə rəhbərliyinin verdiyi yüksək dəyər kimi qiymətləndirmiş və bir daha əlamətdar gün münasibətilə təhsil işçilərini təbrik etmişdir.
    Rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov hərtərəfli qayğı ilə əhatə olunduqlarını qeyd edərək, bütün bunlara görə ölkə başçısına adından minnətdarlığını bildirmiş, əmin etmişdir ki, bundan sonra da bütün imkanları səfərbərliyə almaqla qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqlar.
    Tədbirdə respublikanın əməkdar müəllimi Tofiq Nəsirov, rayonumuzda təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Oqtay Zəngilanlı, YAP Zəngilan rayon qadınlar şurasının sədri Almaz Osmanova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Mehman Nəsirov  çıxış etmişlər.
    Rayon mədəniyyət evinin «Süsən» instrumental ansamblının müşayiəti ilə respublikanın əməkdar artisti Vüsalə İbrahimova, tanınmış müğənillər Əlikram Bayramov, Arzu Mələk, Hüseyn Cəbrayıllı, muğam teatrının solisti Aygün Rəhimli tədbirə yaddaqalan musiqi çələngi bəxş etmişlər.

Keçidlər