Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni tədris ili başlandı!

15 sentyabr 2014 | 15:00

Müstəqil Azərbaycanımızın bütün təhsil ocaqları kimi, rayonumuzun ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri də , aylardan bəri hazırlıq gördükləri 15 sentyabr-“Bilik Günü”nü bayram əhval-ruhiyyəsi ilə qeyd etmişlər.
Yeni tədris ilinin ilk günündə rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov Sumqayıt şəhərində fəaliyyət göstərən 5 nömrəli Zəngilan tam orta məktəbində olmuşdur.
Zövqlə bəzədilmiş məktəb həyətində təşkil edilən “Bilik günü”nə Dövlət himnimizin səsləndirilməsi ilə start verilmişdir.
Məktəbin direktoru Mais Quliyev çıxışına təbriklə başlayaraq, ötən tədris ilinin yekunları , yeni dərs ilinə hazırlıq , təhsil islahatları ilə əlaqədar pedaqoji kollektivin qarşısında duran mühüm vəzifələr barədə danışılmışdır.
Sonra söz rayon icra hakimiyyətininin başçısı cənab Ramiz Həsənova verilmişdir.
Rayon rəhbəri “Bilik günü” münasibətilə məktəbin pedoqoji kollektivini , şagirdləri və valideynləri salamlayaraq , xoş arzularını bildirmiş, onları səmimi qəlbdən təbrik etmişdir.
Hələ sovet dönəmindən başlayaraq ümummilli lider Heydər Əliyevin , son illərdə isə möhtərəm prezidentimiz İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda təhsilin inkişafına göstərdikləri böyük qayğını və xidmətləri diqqətə çatdırmışdır.
Eləcə də son dövrlər rayonda təhsil sahəsində irəliləyişləri vurğulamış, 5 nömrəli tam orta məktəbin pedoqoji kollektivini və şagirdləri yaradılan imkan və şəraitə layiq çalışmağa, yalnız müsbət nəticələr əldə etməyə çağırmışdır.
Sonda bir daha yeni dərs ilinin başlanması münasibətilə məktəbin şagirdlərini, pedoqoji kollektivi və valideynləri təbrik etmiş, əmin olduğunu bildirmişdir ki, bu təhsil ocağı 2014-2015-ci tədris ilində və qarşıdakı dövrlərdə qazandığı uğurlarla nümunə olmağa çalışacaqdır.
Sonra bu il iki övladı ali məktəbə qəbul olmuş valideyn Gülüzə Mikayıllı, 1-ci sinfə gələn Samirə Kazımlı , 6-cı sinif şagirdi Aysu Qocayev, 1- ci sinif şagirdləri İsmayıl Poladov və Mədinə Kazımlı çıxış etmişlər.
İlk zəngi 11- ci sinif şagirdi Fariz Yaqublu və Ayşən Quluzadə (1-ci sinif) səsləndirmişlər. Beləliklə, məktəb öz doğmalarını qoynuna almışdır.
Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi, burada da ilk dərs vətənpərvərlik mövzusuna həsr edilmişdir.
 

Keçidlər