11 yanvar 2024-cü il tarixdə növbəti səyyar görüş keçirildi.
Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 11 yanvar 2024-cü il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Məşəl” pioner düşərgəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Müraciətlər əsasən Mincivan qəsəbə və Alıbəyli kəndinə köç prosesi zamanı ilk köç siyahısına adlarının əlavə olunması, Zəngilan rayonunun 32 nömrəli məktəbinin istilik sistemində yaranmış nasazlığın aradan qaldırılması, torpaq islahatlarının aparılması və əhaliyə pay torpaqlarının verilməsi ilə bağlı vətəndaşların məlumatlandırılması barədə oldu. Vətəndaşların müraciətləri dinlənildikdən sonra məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.