11 may 2023-cü il tarixdə Binəqədi rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti qəbulu 11 may 2023-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşan rayon sakinlər ilə keçirildi. Binəqədi rayonu 300 nömrəli tam orta məktəbin akt zalında keçirilən qəbulda RİH-in məsul əməkdaşları və aidiyyəti üzrə inzibati ərazi dairəsi nümayəndəlikləri iştirak etdilər.
Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi. Bəzi məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.