Şriftin ölçüsü :

Saytın rəngi :

11 aprel 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü keçirildi

11 aprel 2023 | 16:30

Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 11 aprel 2023-cü il tarixdə Xətai rayonunda məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Xətai rayonu, Telnov küçəsi, General M. Əsədov adına 29 saylı tam orta məktəbin akt zalında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər. 

Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri sonda vətəndaşların müraciətlərini dinlədi.

Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən  zaman  tələb edən məsələlər isə nəzarətə götürüldü və aidiyyəti üzrə müraciət olunacağı bildirildi.

Keçidlər