Zəngilan müəllimlərinin konfransı
Rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Müstəqil Azərbaycanımızın Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov 2013-2014 –cü dərs ilinin yekunlarını təhlil edərkən qazanılmış uğurlardan, yol verilmiş bir sıra nöqsanlardan , eləcə də respublikamızda təhsilin inkişafı ilə əlaqədar ölkə başçısının imzaladığı mühüm sənədlərdən və proqram çıxışlarından irəli gələn tələblərə uyğun olaraq növbəti tədris ilində qarşıda duran vəzifələrdən danışılmışdır.
Məruzə ətrafında müzakirələrdə 36 nömrəli tam orta məktəbin direktoru Ənvər Məmmədov , 34 nömrəli tam orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini Aysel Quliyeva, 7 nömrəlli tam orta məktəbin şagirdi İlahə Hüseynli , 6 nömrəli tam orta məktəbin məzunu, yüksək balla tələbə adını qazanmış Tamara Məmmədova , rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərovun çıxışları dinlənilmişdir.
Respublika Təhsil Nazirliyinin məsul işçisi Gülarə Xudiyeva çıxış edərək təhsil sistemində baş vermiş yeniliklər , həmçinin gözlənilən dəyişikliklər haqqında müfəssəl məlumat vermiş, rayonun pedoqoji kollektivlərinin bu istiqamətdə görməli olduqları zəruri iş və tədbirləri nəzərə çatdırmışdır.
Konfransın işinə rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov yekun vurmuşdur. Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin sovetlər dönəmində və eləcə də sonrakı dövrlərdə respublikamızda təhsilin inkişafına verdiyi xüsusi önəmə və göstərdiyi qayğıya dair çoxsaylı faktları yada salmış , dahi şəxsiyyətin bu sahədə başladığı işlərə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın davamlı və genişmiqyaslı töhfələrini diqqətə çatdırmışdır. Rayon məktəblərində təlim-tərbiyə işlərini ölkə başçısının irəli sürdüyü tələblər səviyyəsində qurmaq üçün həlli vacib məsələlərdən danışaraq, bununla əlaqədar təhsil şöbəsinin rəhbərliyinə və pedoqoji kollektivlərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Konfransda müzakirə olunan məsələ ilə əlaqədar geniş qərar qəbul etmişdir.