Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularına qayğı

17 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 iyun 2014-cü il tarixində dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Həmin Sərəncamla təltif olunan şərəf və məsuliyyətlə çalışmış, dövlət və dövlətçiliyə sədaqətli, dövlət qulluqçusu adını uca tutan Zəngilan şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhimov Murad Fərəc oğlu “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Bu münasibətlə Zəngilan RİH-nin başçısı cənab R.Ş.Həsənov M.F.Rəhimovu təbrik etmiş, ona medalı və gül dəstəsini təqdim etmişdir.
M.F.Rəhimov çıxışında Dövlət qulluqçularına ildən-ilə artan qayğıya görə ölkə rəhbərliyinə, eləcə də rayonda yaradılan əlverişli iş şəraitinə və sağlam mühitə görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənova minnətdarlığını bildirmişdir.

Keçidlər