Şriftin ölçüsü :

Saytın rəngi :

Ordu sıralarına –təntənə ilə!

05 iyul 2014 | 15:00

Milli Orduda xidmət hər bir gənc üçün həm borc, həm də həyatın önəmli məqamı, şərəf işidir.Gənclərin ordu sıralarına yola salınması isə, təbii olaraq, Vətən sevgisi, mübarizə ruhu aşılamalı olan çox mühüm hadisədir.Bunu dərindən dəyərləndirən Zəngilan Rayon İcra Hakimiyyəti son illər gənc  çağırışçıların Milli Ordu sıralarına yola salınmasına, eləcə də hərbi xidmətə göndərilən əsgərlərlə görüşlərin mütəmadi təşkilinə , əsgər ailələrinin qayğı və problemlərinin həllinə xüsusi diqqət yetirir.
Masazır qəsəbəsində  məcburi köçkünlər üçün salınmış yaşayış massivində iyul ayının 4-də bu nəcib məqsədə xidmət edən daha bir tədbir keçirilmişdir.22 nəfər zəngilanlı gəncin ordu sıralarına yola salınması münasibəti ilə təşkil olunan bayram əhval-ruhiyyəli toplantıya əzəmətli Azərbaycan Himninin səsləndirilməsi ilə start verilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zəngilan rayon bölməsinin rəisi Rüfət Abdullayev  tədbiri giriş nitqi ilə açaraq sözü rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənova vermişdir.
Rayon rəhbəri çağrışçıları bir neçə gündən sonra layiq görüləcəkləri şərəfli Azərbaycan əsgəri adı münasibətilə təbrik etmiş, Azərbaycan dövlətçiliyinin , ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin Milli Ordumuzun təşəkkülü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi , möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlərdən danışılmışdır. Bildirmişdir ki, ölkə başçısının götürdüyü xətt rayonda da qətiyyətlə icra olunur. Orduya çağırışa , əsgərlərə, onların ailələrinə xüsusi diqqət göstərilir. “Xidmətiniz dövründə özünüz də bunun şahidi olacaqsınız” deyə başçı fikrini tamamlamış , sabahın  əsgərlərinə uğurlu xidmət arzu etmişdir.
Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İskədərov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi rayon təşkilatının sədri Ənvər Məmmədov, valideyn Əli Səfərov da təntənəli toplantıda çıxış edərək gənclərə inandıqlarını bildirmiş, uğurlu xidmət,  sağ-salamat ailələrinə   dönmələrini arzulamışlar.
Çağırışçılar adından çıxış edən Elvin Əlizadə Milli Orduya, Vətənin müdafiəsində dayanan əsgərlərə göstərdiyi qayğıya görə ölkə başçısına , eləcə də gənc döyüşçülərə ,onların ailələrinə həssas münasibətə görə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənova minnətdarlıqlarını bildirmiş , əmin etmişdir ki, Milli Ordu sıralarında ləyaqətlə xidmətlə onlara göstərilən etimadı doğruldacaqlar.
Sonra gənc çağırışçılara rayon icra hakimiyyəti başçısının hədiyyələri təqdim olunmuş və onlar bir-bir Azərbaycan bayrağına və müqəddəs kitabımız  Qurana ehtiram göstərərək  şərəflə  xidmət  edəcəklərinə and içmişlər.
Yüksək təşkili ilə diqqət çəkən tədbir konsert proqramı ilə davam etdirilmişdir. Sonda gənc çağırışçılar toplaşanların alqış sədaları ilə ordu sıralarına yola salınmışlar.
 

Keçidlər