Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluğunda çalışmaq böyük şərəf və məsuliyyətdir

24 iyun 2014 | 15:00

23 iyun-Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə rayon icra hakimiyyətinin akt zalında yığıncaq keçirilmişdir.
Tədbiri rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov təbrik nitqi ilə açmış , dövlət qulluğunda çalışmağın şərəf və məsuliyyətindən danışmış, bu sahədə fəaliyyət göstərən hər kəsi prinsipial, vicdanlı , dövlətə, dövlətçiliyə sədaqətli olmağa , dövlət qulluqçusu adını uca tutmağa çağırmışdır.
Sonra rayon rəhbəri səmərəli fəaliyyətləri ilə dövlət qulluğunda fərqlənən rayon icra  hakimiyyəti başçısının müavini Seyfəddin Paşayevə ,icra aparatında maliyyə sektorunun  müdiri Əminə Əsədovaya, Mincivan qəsəbə və Məmmədbəyli kənd inzibati ərazi dairələrinin nümayəndələri Ramilə Vəliyeva və Nərminə Bağırovaya RİH-nin fəxri fərmanlarını təqdim etmişdir.
RİH- nin başçısının müavinləri S.Paşayev, N.Mönsümov, X.Rüstəmova, YAP rayon təşkilatının sədri Ə.Hüseynov,RİH-nin şöbə müdiri  C. Həsənov, A. Məmmədov, Məmmədbəyli kənd və Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndələr N.Bağırova , M . Rəhimov, ərazi idarəetmə və yerli özünüidarəetmə oprqanları ilə iş şöbəsinin böyük məsləhətçisi  Ş.Mehdiyeva çıxış etmiş, dövlət qulluqçularına ildən-ilə artan qayğıya görə ölkə rəhbərliyinə, eləcə də rayonda yaradılan əlverişli iş şəraitinə və sağlam mühitə görə rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənova minnətdarlıqlarını bildirmiş, əmin etmişlər ki, bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlar.
Tədbirə RİH- nin başçısı cənab R. Həsənov yekun vuraraq yığıncağa toplaşanların şəxsində bir daha rayonda çalışan bütün dövlət qulluqçularını təbrik etmişdir.
 

Keçidlər