Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun-Milli Qurtuluş Günüdür

14 iyun 2014 | 15:00

Yaddaqalan bayram tədbiri
Azərbaycan xalqı və dövlətçiliyi üçün 1993-cü ilin 15 iyunu həqiqətən yaddaşlara və tariximizə qızıl hərflərlə yazılmış unudulmaz gündür.
Zamanın hökmü, xalqın tələbi ilə misilsiz dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı həmin gün tariximizin xüsusi mərhələsi , dönüş nöqtəsidir.
Həmin dövrdə respublikamızda yaranmış ağır ictimai-siyasi vəziyyəti xatırlasaq, bu, daha aydın dərk olunar: Gəncədə silahlı qiyam , cənubda və şimalda seperatçı qüvvələrin fəallaşması, hakimiyyət uğrunda ölkədaxili silahlı mübarizə, səriştəsiz rəhbərlik və Erməni təcavüzü nəticəsində talan edilib dağıdılmış ölkə iqtisadiyyatı, milli valyutanın sürətli infilyasiyası , əhalinin dözülməz sosial-iqtisadi vəziyyəti və s...
Müstəqilliyin itirilməsi, dövlətin məhv olması təhlükəsi göz qabağında idi.
Azərbaycan xalqı yaxşı bilirdi ki, yalnız müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bu təhlükələrə, bəlalara son qoya bilər.
Məhz xalqın ifadəsi ilə dünyamiqyaslı siyasətçi, zəngin dövlətçilik təcrübəsi olan dahi Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Yenidən hakimiyyətə qayıdışı ilə ən qısa zamanda ölkədə vəziyyəti normallaşdırmaq üçün qəti tədbirlər gördü. Təhlükə mənbələri , anarxiya aradan qaldırıldı. Taleyüklü neft müqavilələri imzalandı, ordu quruculuğuna başlandı, xalqın vəziyyətini yüngülləşdirmək üçün məqsədyönlü tədbirlər icra olundu, islahatlar aparıldı. Azərbaycan çox qısa zaman kəsiyində durğunluqdan inkişaf yoluna çıxdı. Beynəlxalq aləmdə öz yerini almağa, nüfuz qazanmağa başladı.
Bütün bu uğurların bayraqdarı Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev idi. Bu dahi şəxsiyyətin yenidən dövlət rəhbərliyinə dönüşü xalqımızın qurtuluşu oldu. 15 iyun gününün Azərbaycan Respublikası  Milli Məclisinin qərarı ilə xalqımızın Qurtuluş Günü, əziz bayramı kimi qeyd edilməsi Ulu Öndərə sonsuz minnətdarlığımızın , sevincimizin  tərənnümü, göstəricisidir. Çünki biz bütün həyatımızla Heydər Əliyevə borcluyuq!
Milli Qutuluş günü ilə əlaqədar iyun ayının 13-də Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda keçirilən bayram tədbirində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov nitqinə yuxarıdakı dəyərli fikirlərlə başladı.
Nitqini davam etdirən rayon rəhbəri ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin öz imkanlarının yeni, yüksək mərhələsinə qədəm qoyduğunu, belə müdrik siyasət nəticəsində xalqımızın və dövlətimizin qarşıdakı illərdə daha böyük zəfərlərə imza atacağını bildirmişdir.
Azərbaycan Respublikası Turizm və Mədəniyyət Nazirliyi ilə Zəngilan Rayon icra hakimiyyətinin birgə təşkil etdikləri , rayonun idarə-müəssisə , təşkilatlarının , ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən bayram tədbirində Respublikanın Əməkdar artistləri Zakir Əliyev, Gülüstan Əliyeva, Nüşabə Ələsgərli, həmyerlimiz “Xalq Ulduzu” müsabiqəsinin qalibi Tural Salmanov , Respublikanın Xalq artistləri Zabit Nəbizadə , Cəmilə Bayramovanın ifaları sürəkli alqışlarla qarşılanmışdır.
Respublikanın Əməkdar artisti  Azad Şükürovun aparıcısı olduğu, rayon mədəniyyət  və turizm şöbəsinin “Süsən” instrumantal ansamblının (İsmayıl Quliyevin rəhbərliyi ilə) müşayət etdiyi tədbir məzmun və mahiyyətinin dolğunluğu ilə yaddaqqalan olmuşdur.

Keçidlər